Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya Hindistan qırıcılarını raketlə təchiz edəcək

© AFP 2023 / SANJAY KANOJIAHindistana məxsus qırıcı təyyarə, arxiv şəkli
Hindistana məxsus qırıcı təyyarə, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Sövdələşmənin detalları açıqlanmır

BAKI, 31 iyul — Sputnik. Rusiya Hindistana minə yaxın aviasiya raketi tədarük edəcək. Sputnik Azərbaycan xəbər verir ki, bunu Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətin təmsilçisi RİA Novosti-yə deyib.

"Bir müddət əvvəl kifayət qədər mühüm müqavilələr imzalanıb", - xidmətin təmsilçisi deyib.

Sövdələşmənin detalları açıqlanmır.

Bir qədər əvvəl "ANI" agentliyi Hindistan hökumətində olan mənbəyə istinadən xəbər verib ki, Dehli və Moskva "hava – hava" tipli "R-27" idarəolunan aviasiya raketlərinə dair müqavilə imzalayıblar. Raketlərin Hindistan hərbi hava qüvvələri tərəfindən istifadə olunan "Su-30MKİ" qırıcılarına quraşdırılması üçün nəzərdə tutulduğu bildirilir.

Xəbər lenti
0