BAKI, 31 iyul — Sputnik. Rusiya Hindistana minə yaxın aviasiya raketi tədarük edəcək. Sputnik Azərbaycan xəbər verir ki, bunu Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətin təmsilçisi RİA Novosti-yə deyib.
"Bir müddət əvvəl kifayət qədər mühüm müqavilələr imzalanıb", - xidmətin təmsilçisi deyib.
Sövdələşmənin detalları açıqlanmır.
Bir qədər əvvəl "ANI" agentliyi Hindistan hökumətində olan mənbəyə istinadən xəbər verib ki, Dehli və Moskva "hava – hava" tipli "R-27" idarəolunan aviasiya raketlərinə dair müqavilə imzalayıblar. Raketlərin Hindistan hərbi hava qüvvələri tərəfindən istifadə olunan "Su-30MKİ" qırıcılarına quraşdırılması üçün nəzərdə tutulduğu bildirilir.