Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya türkdilli dövlətlər birliyinə niyə üzv olmaq istəyir?

© AFP 2023 / KIRILL KUDRYAVTSEVRusiya bayrağı
Rusiya bayrağı - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiyada yaşayan 20 milyon müsəlmanın təxminən 11 milyonu məhz türkdillilərdir

BAKI, 30 iyul — Sputnik. Bu gün Türkiyə-Rusiya siyasi, iqtisadi və hərbi əməkdaşlığının miqyası Türkiyə - ABŞ tərəfdaşlığını üstələyir. Ona görə də Rusiya artıq keçmiş illərdə olduğu kimi Türkiyənin regional maraqlarından və türk birliyindən ehtiyatlanmır. Sputnik Azərbaycan xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Rusiyanın türkdilli dövlətlər birliyinə qoşulmaq istəməsini şərh edərkən bildirib.

O, vurğulayıb ki, Rusiya xarici işlər naziri Sergey Lavrov son açıqlamalarının birində deyib ki, Rusiya Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv olmaq istəyir: "Rusiya niyə türkdilli dövlətlərin birliyinə qoşulmaq istəyir?

Знамена НАТО перед штаб-квартирой НАТО в Брюсселе - Sputnik Azərbaycan
NATO ilə birgə təlimlər: ABŞ Gürcüstanı Rusiya ilə münaqişəyə itələyir

Birincisi, Rusiyada yaşayan 20 milyon müsəlmanın təxminən 11 milyonu məhz türkdillilərdir. Bu hesabla Rusiyada əhalinin sayına görə ruslardan sonra ikinci sırada türkdilli müsəlmanlar dayanır. Bu mənada Rusiya da özünü türk dünyasının kiçik də olsa tərkib hissəsi kimi qələmə vermək istəyir.

İkincisi, Rusiyanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına daxil olan dövlətlərin tamamı (Türkiyə, Azərbaycan, Qırğızıstan, Qazaxıstan) ilə münasibətləri tərəfdaşlıq, strateji tərəfdaşlıq və ya strateji müttəfiqlik (Qazaxıstan və Qırğızstan Rusiya ilə birgə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının, o cümlədən Avrasiya İqtisadi Birliyinin üzvləridirlər) səviyyəsindədir. Digər tərəfdən Rusiyanın türkdilli dövlətlərin tamamı ilə sərhədləri var.

Üçüncüsü, Rusiya ilkin mərhələdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına müşahidəçi statusunda qatıla bilər. Macarıstan da Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasında müşahidəçi statusu ilə iştirak edir. Rusiya İslam Əməkdaşlıq Təşkilatında da müşahidəçi statusunda iştirak edir".

Skripal cinayətinin baş verdiyi ərazidə olan hərbçilər, arxiv şəkli - Sputnik Azərbaycan
Rusiya yenə hədəfə alınıb - Trampa tələb qoyuldu

Ekspert vurğulayır ki, SSRİ dağıldıqdan sonra Rusiya türkdilli dövlətlərin birliyindən ehtiyatlanırdı, mifik "Turan" ideyasının Rusiya əleyhinə layihə kimi dəyərləndirirdi: "Moskva həm də ondan ehtiyatlanırdı ki, türkdilli dövlətlərin birliyi ideyası Vaşinqtona məxsusdur və Amerika bu ideyanı Türkiyə vasitəsilə reallaşdırmağa çalışır. Bu qorxu Çeçenistan müharibəsi zamanı Rusiyanı daha çox qorxudurdu. Ancaq 2000-ci illərdən başlayaraq türkdilli dövlətlər, o cümlədən Moskvanın daha çox ehtiyat etdiyi Türkiyə Rusiya ilə strateji tərəfdaşlıq münasibətləri qurdu. Bu gün Türkiyə-Rusiya siyasi, iqtisadi və hərbi əməkdaşlığının miqyası Türkiyə - ABŞ tərəfdaşlığını üstələyir. Ona görə də Rusiya artıq keçmiş illərdə olduğu kimi Türkiyənin regional maraqlarından və türk birliyindən ehtiyatlanmır".

Elxan Şahinoğlu vurğulayır ki, Rusiyanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına müşahidəçi və ya üzvlük statusunda qatılmasının əsas məqsədlərindən biri üzv dövlətləri özünə yaxın saxlamaq və Amerikanın maraqlarına qarşı birgə müqaviməti təşkil etməkdir.

Xəbər lenti
0