20:22 03 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
RUSİYA
Qısa URL
4910

Rizvan Əliyev cinayəti sosial şəbəkələrdə ünvanına yazılmış təhqiramiz şərhlərə görə törədib

BAKI, 18 iyun — Sputnik. Moskva polisi azərbaycanlı olduğu bildirilən müğənnini həbs edib.

Sputnik Azərbaycan "Baza" Teleqram kanalına istinadən xəbər verir ki, Rusiya polisi Qafqaz mahnılarının ifaçısı, həmçinin bir neçə mahnının müəllifi Rizvan Əliyevi saxlayıb. O, dostu Mart Avilovun mənzilini yandırıb.

Bildirilir ki, Rizvan Əliyev bunu Mart Avilovun sosial şəbəkələrdə onun ünvanına yazılmış təhqiramiz şərhlərinə görə edib.

Məlumata görə, Rizvanla masajçı kimi fəaliyyət göstərən Mart bu yaxınlarda tanış olublar və onların arasında qısa zamanda dostluq münasibətləri yaranıb. Lakin bir münaqişədən sonra Mart Avilov sosial şəbəkələrdə müğənninin ünvanına təhqiramiz şərhlər yazıb.

Mayın 25-də Avilov masaj üçün çağırış alıb, lakin ona verilmiş ünvana çatanda çağırışın yalan olduğunu anlayıb.

Evinə qayıdan Mart Avilov mənzilinin yandığını və yanğınsöndürənlərin hadisə yerində alovla mübarizə apardıqlarını görüb. Ekspertlər yanğının qəsdən törədildiyini bildirirlər.

Fiziki məhdudiyyətdən musiqi ilə qurtulan gənc müğənni
© Sputnik / Kamilla Əliyeva / Taleh Mahmudov

Avilovun mənzilindən içində qızıl əşyalar olan seyfin çıxarıldığı da məlum olub.

Polis tərəfindən saxlanılmış Rizvan Əliyev günahını artıq boynuna alıb və onun ev həbsində olduğu bildirilir.

İçində qızıl əşyalar olan seyf də tapılıb. Müğənni onu meşədə torpağa basdırıbmış.

Əsas mövzular