17:21 16 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.8751
Peskov

Peskov Paşinyanın yalanını üzə çıxardı

© AP Photo / Ivan Sekretarev
RUSİYA
Qısa URL
211 0 0

Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində görüş keçiriblər

BAKI, 7 iyun — Sputnik. Rusiya Federasiyası Prezidenti Vladimir Putin və Ermənistanın Baş Naziri Nikol Paşinyan cümə axşamı baş tutan görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesini müzakirə etməyiblər. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir.

"Qarabağ münaqişəsi ətraflı müzakirə olunmayıb. Dünən ikitərəfli münasibətlərə, ticari-iqtisadi əməkdaşlığın müxtəlif aspektlərinə dair ətraflı danışıqlar aparılıb", - Peskov bildirib.

Qeyd edək ki, ötən gün Rusiya dövlət başçısı Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində görüş keçiriblər.

Əsas mövzular