18:06 24 Yanvar 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0257
  • EUR1.9356
“Rossiya seqodnya” beynəlxalq informasiya agentliyinin baş direktoru Dmitri Kiselyov

Putin Dmitri Kiselyova 3 dəqiqə vaxt verib…

© Sputnik / Sergey Guneyev
RUSİYA
Qısa URL
607 0 0

Kiselyovun sözlərinə görə, o bu posta təyin edilməyə razılığını 2013-cü ildə dekabrın 9-da Vladimir Putinlə görüşü zamanı verib.

BAKI, 16 dekabr — Sputnik. Rusiya prezidenti Vladimir Putin tanınmış telejurnalist Dmitri Kiselyova düşünməyə 3 dəqiqə vaxt verib.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, Dmitri Kiselyov bu barədə "İşgüzar Krım"-a 5 il əvvəl "Rossiya seqodnya" Beynəlxalq İnformasiya Agentliyinə direktor təyin edilməsi ilə bağlı müsahibəsində bildirib.

Kiselyovun sözlərinə görə, o bu posta təyin edilməyə razılığını 2013-cü ildə dekabrın 9-da Vladimir Putinlə görüşü zamanı verib.

"Mən dedim ki, "Düşünməliyəm". O mənə düşünməyə 3 dəqiqə vaxt verdi. Sonra soruşdu: "Nə oldu düşündünüzmü. Əmr var, ona soyad yazmalıyam" - deyə Kiselyov bildirib.

"Rossiya seqodnya" Media qrupu RİA Novosti agentliyinin və "Qolos Rossii" radiostansiyasının bazasında qurulub.

İl ərzində Agentlik əhəmiyyətli uğurlara imza atıb. Agentliyin saytını gün ərzində 4 milyon nəfər ziyarət edir. 2014-cü ildə "Rossiya seqodnya" xüsusi bir brendi - "Sputnik"i təsis etdi.

"Qolos Rossii" hazırda FM dalğasında və internetdə gün ərzində 30-dan artıq dildə 800 saat yayımlanır" – deyə o əlavə edib.

Əsas mövzular