BAKI, 16 dekabr — Sputnik. Rusiya prezidenti Vladimir Putin tanınmış telejurnalist Dmitri Kiselyova düşünməyə 3 dəqiqə vaxt verib.
Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, Dmitri Kiselyov bu barədə "İşgüzar Krım"-a 5 il əvvəl "Rossiya seqodnya" Beynəlxalq İnformasiya Agentliyinə direktor təyin edilməsi ilə bağlı müsahibəsində bildirib.
Kiselyovun sözlərinə görə, o bu posta təyin edilməyə razılığını 2013-cü ildə dekabrın 9-da Vladimir Putinlə görüşü zamanı verib.
"Mən dedim ki, "Düşünməliyəm". O mənə düşünməyə 3 dəqiqə vaxt verdi. Sonra soruşdu: "Nə oldu düşündünüzmü. Əmr var, ona soyad yazmalıyam" - deyə Kiselyov bildirib.
"Rossiya seqodnya" Media qrupu RİA Novosti agentliyinin və "Qolos Rossii" radiostansiyasının bazasında qurulub.
İl ərzində Agentlik əhəmiyyətli uğurlara imza atıb. Agentliyin saytını gün ərzində 4 milyon nəfər ziyarət edir. 2014-cü ildə "Rossiya seqodnya" xüsusi bir brendi - "Sputnik"i təsis etdi.
"Qolos Rossii" hazırda FM dalğasında və internetdə gün ərzində 30-dan artıq dildə 800 saat yayımlanır" – deyə o əlavə edib.