17:36 09 Dekabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0267
  • EUR1.8796
Donald Tramp və Vladimir Putin

Trampdan Putinə gözlənilməz dəvət

© REUTERS / Steffen Kugler/Courtesy of Bundesregierung
RUSİYA
Qısa URL
189 0 0

ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putini Vaşinqtona dəvət edib

BAKI, 20 aprel — Sputnik. ABŞ prezidenti Donald Trampın Rusiya lideri Vladimir Putini Vaşinqtona dəvət edib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov məlumat verib.

Lavrovun verdiyi məlumata görə, liderlər arasında telefon danışığı olub və Tramp Putini Ağ Evdə görməkdən məmnun olacağını söyləyib: "Rusiya prezidenti həmkarı ilə görüşməyə hazırdır".

Qeyd edək ki, keçən həftə Tramp öz "Twitter" səhifəsində diqqətçəkən qeyd paylaşıb. O bildirib ki, Rusiya Suriyaya atılacaq hər bir raketi vuracaqlarını bəyan edib. "Hazır ol Rusiya, çünki raketlər gələcək və bu raketlər "ağıllı" olacaq" — deyə Tramp bildirib.

Bundan öncə "heyvan" adlandırdığı Bəşər Əsədə bu dəfə "qazla öldürən heyvan" deyən Tramp Rusiyaya xitab edərək belə deyib: "Rusiya, öz xalqını öldürüb bundan zövq alan, qazla öldürən heyvanın yanında olmamalıydın".

Həftə sonunda isə gözlənilən hücum baş vermiş, ABŞ, Britaniya və Fransanın iştirak etdiyi hücumlarda Suriyada 3 kimyəvi istehsal kompleksi vurulmuş, Rusiya isə bu üç ölkənin atdığı raketlərə cavab verməmişdi.

Əlaqədar

ABŞ-dan yeni ittiham: Rusiya dəlilləri yox edə bilər
ABŞ-dan Türkiyəyə gözlənilməz anti-Rusiya təklifi
ABŞ və AB Rusiya ilə diplomatik müharibəyə başladı
Rusiya ABŞ-ı vurmaqla hədələdi
Rusiya ABŞ-ı darmadağın etdi
Teqlər:
Donald Tramp, Vladimir Putin, Suriya, Sergey Lavrov, Rusiya, ABŞ, dəvət, prezident

Əsas mövzular