02:31 13 Dekabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0269
  • EUR1.8941
Putin və Ərdoğan

Putinlə Ərdoğan anlaşdı: Afrin və Soçi proseslərində ortaq məxrəc

© Sputnik / Aleksey Nikolsky
RUSİYA
Qısa URL
555 0 0

Putin: "Suriya Milli Dialoq Konqresində yaranan problemlərə baxmayaraq, əldə olunan nəticə mühüm nailiyyətdir"

BAKI, 31 yanvar — Sputnik. Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın gərginliyin yaşandığı bölgəsində iki ölkənin koordinasiyasının gücləndirilməsi məsələlərini müzakirə ediblər. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Kremlin mətbuat xidmətinin iki ölkə prezidentinin telefon danışı haqda verdiyi məlumatda deyilir.

Telefon danışığı zamanı, əsasən, yanvarın 30-da Soçidə baş tutan Suriya Milli Dialoq Konqresi, Türkiyənin Afrində həyata keçirdiyi "Zeytun budağı" hərbi əməliyyatı və İdlibdə yaranmış vəziyyət müzakirə edilib. Putin Suriya Milli Dialoq Konqresində yaranan problemlərə baxmayaraq, əldə olunan nəticənin mühüm nailiyyət olduğuna diqqət çəkib.

Suriyadakı siyasi nizamlama prosesinin BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsi əsasında səmərəli şəkildə təşviqi istiqamətində əldə edilmiş razılaşmaların həyata keçirilməsinin vacibliyi vurğulanıb.

Gərginliyin yaşandığı bölgədə Rusiya ilə Türkiyə arasında koordinasiyanı gücləndirmək, həmçinin qarşılıqlı fəaliyyəti Astana formatı çərçivəsində davam etməklə bağlı məsələlər müzakirə olunub. İki ölkənin lideri, həmçinin aktual mövzular, iki ölkə arasında ticarət-iqtisadi əməkdaşlığın uğurla inkişaf etdirilməsi barədə fikir mübadiləsi aparıblar.

Əlaqədar

Rusiya və Türkiyə prezidentləri Afrin əməliyyatını müzakirə etdilər
Rusiyadan Türkiyə açıqlaması: Yaxından izləyirik
Rusiya xarici işlər nazirindən Türkiyə və İrana yönəlik mühüm bəyanat
Rusiya - Türkiyə anlaşması ilk nəticəsini verdi
Üfüqdə Rusiya-Türkiyə hərbi-siyasi ittifaqı görünür
Teqlər:
koordinasiya, Vladimir Putin, Suriya, Rusiya, Rəcəb Tayyib Ərdoğan, Türkiyə, prezident

Əsas mövzular