Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Tanınmış satira və yumor ustası xəstəliyin qurbanı oldu

© Sputnik / Yevgeny Biyatov / Mediabanka keçidПразднование дня рождения поэта Евгения Евтушенко
Празднование дня рождения поэта Евгения Евтушенко - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiyanın məşhur satiriki Mixail Zadornov vəfat edib

BAKI, 10 noyabr — Sputnik. Rusiyanın məşhur satiriki Mixail Zadornov vəfat edib.

Sputnik Azərbaycan-ın Rusiya mediasına istinadla verdiyi məlumatına görə, bu xəbəri Zadornovun əməkdaşlıq etdiyi REN TV yayıb. Zadornovun 69 yaşı var idi.

Yazıçı onkoloji xəstəlikdən əziyyət çəkirdi, soz zamanlar beyin xərçənginə görə müalicə kursu alırdı.

İyun ayında məlum olmuşdu ki, o, yorucu və faydasız olduğu, ona sərf olunan vaxtı doğmaları ilə birlikdə keçirməyə üstünlük verdiyi üçün tibbi prosedurlardan imtina edib.

2016-cı ilin payızından etibarən Zadornov kimyəvi terapiya qəbul etdiyi üçün səhnəyə çıxmırdı. 2016-cı ilin oktyabrında "Meridian" Mədəniyyət Sarayında keçirilən yaradıcılıq gecəsi zamanı Zadornovda epilepsiya halı baş verib. Onu çıxışından dərhal sonra təcili tibbi yardım maşını ilə aparıblar.

Zadornov özü KİV-in diqqətini lazımsız şeylərlə yayındırmamaq üçün öz xəstəliyini şərh etməkdən imtina etmişdi.

Xəbər lenti
0