04:08 14 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.9322
Rusiya prezidenti Vladimir Putin

İki ölkə prezidenti güləşə bilər

© Sputnik / Rusiya prezidentinin mətbuat xidməti
RUSİYA
Qısa URL
598 0 0

"Cənab Putinin cüdo üzrə qara kəməri var, Monqolustan prezidenti Haltmaagiyn Battulganın da həmçinin"

BAKI, 7 sentyabr — Sputnik. "Təklif edirəm ki, cənab Vladimir Putin və monqol həmkarı Haltmaagiyn Battulgan ölkəmizdə güləşsinlər. Çünki onların hər ikisi cüdo üzrə qara kəmər sahibidirlər".

Monqolustan prezidenti Haltmaagiyn Battulga
© Sputnik / Aleksey Druzhinin
Monqolustan prezidenti Haltmaagiyn Battulga

Sputnik Azərbaycan "News Week"-ə istinadən xəbər verir ki, bunu Yaponiyanın Baş naziri Şinzo Abe Dünya İqtisadi Forumunun plenar sessiyasındakı çıxışı zamanı deyib. Şinzo Abe zalda iştirak edən Olimpiya Oyunlarının cüdo yarışları üzrə qızıl medalçısı Yasuhiro Yamasitoya görüşü təşkil etmək üçün müraciət də edib.

"Cənab Putinin cüdo üzrə qara kəməri var. Monqolustan prezidenti Haltmaagiyn Battulganın da həmçinin. Bəlkə onları Yaponiya Cüdo Federasiyasının xətti ilə dəvət edib qarşılaşmalarını təşkil edəsiniz?" — Baş nazir təklif edib.

Ş. Abe zarafatla, özünün qara kəmərinin olmadığını və zədə almaq istəmədiyini, ona görə də bu görüşü kənardan sakitcə izləməyə üstünlük verəcəyini deyib.

Əlaqədar

Putindən sərt xəbərdarlıq: "Şimali Koreya ilə müharibə dünya üçün fəlakət olar"
Rusiyadan ABŞ-a əks həmlə: Putin qərar verdi
Putin-Netanyahu görüşünün ilginc detalı üzə çıxdı
Trampın qızı Putinin kabinetində...
Vladimir Putin orta məktəbdə dərs deyəcək
"Putin planı", birtərəfli güzəşt və zəmanət tələbi...
Netanyahu İrandan Putinə şikayət edib
Teqlər:
Haltmaagiyn Battulgan, cənab, Şinzo Abe, Monqolustan, Vladimir Putin, Yaponiya, prezident

Əsas mövzular