16:54 19 İyul 2018
Canlı yayım
  • RUB0.0270
  • USD1.7000
  • EUR1.9801
Сотрудники полиции в поселке Кратово Московской области, 10 июня 2017 года

Qvardiyanın 200 üzvü ilə təkbaşına vuruşdu və öldürüldü

© Sputnik / Maksim Blinov
RUSİYA
Qısa URL
394940

Dörd nəfəri öldürən və 7 saat polislə atışan şəxsi məhv etmək üçün zirehli texnikadan istifadə etməli olublar

BAKI, 11 iyun — Sputnik. Xəbər verdiyimiz kimi, iyunun 10-da Rusiya Fövqəladə Hallar Xidmətinin keçmiş əməkdaşı, 50 yaşlı İqor Zenkov axşam saatlarında Moskva ətrafındakı Ramensk rayonu, Kratovo qəsəbəsində kütləvi qırğın törədib.

O yaşadığı qəsəbənin 4 sakinini öldürüb, 3 sakini və bir neçə xüsusi təyinatlını yaralayıb.

Onun məhv edilməsi üçün əməliyyata Rusiya Qvardiyasının 200-ə yaxın əməkdaşı cəlb edilib.


Zenkov mühasirəyə alındıqdan sonra 7-8 saat ərzində güc strukturlarının əməkdaşları ilə atışıb, onların üzərinə qumbara atıb. Nəhayət cinayətkar məhv edilib.

Rusiyanın daxili işlər naziri Vladimir Kolokoltsevin sözlərinə görə, cinayətkar 14 qumbara partladıb və 4 xüsusi təyinatlını yaralayıb. Onun məhv edilməsi əməliyyatında yük maşınları və zirehli texnikadan da istifadə olunub.

İqor Zenkovun hadisə baş verən vaxt sərxoş olduğu bildirilib. O, ailə üzvləri və qonşularla daim dava-dalaş edirmiş. Xüsusilə də iki ay əvvəl dünyasını dəyişmiş anasının ölümündən sonra o özünü qeyri-adekvat aparırmış. Bu dəfə isə evindəki silahlarla qəsəbə sakinlərini gülləbaran edib və güc strukturlarının əməkdaşları ilə vuruşub.

 

O, əvvəlcə tüfənglə pəncərədən sakinləri atəşə tutsa da, hüquq-mühafizə orqanlarının üzvlərini görüb təslim olmamaq qərarına gəlib və pəncərədən tullanaraq yaxınlıqdakı meşəyə qaçıb. Üzərindəki qumbaraları qvardiyanın xüsusi təyinatlılarının üstünə atıb.

Məlum olub ki, Zenkov 8 növ hərbi silah-sursatdan, o cümlədən, Böyük Vətən Müharibəsindən qalmış qumbaralardan, İJ-18 markalı tüfəngdən və "Mauzer" tapançasından istifadə edib.  

Zenkovun Əfqanıstanda, sonra isə Çeçenistanda xidmət etdiyi bildirilib.

Zenkov Fövqəladə Hallar Nazirliyinin sabiq əməkdaşı olub. O, FHN-in Xidmətindən psixoloji problem səbəbindən yaranan əlilliyinə görə çıxarılıb.

Əlaqədar

Çeçenistanda döyüşmüş şəxs Moskvada qətliam törədib
Bu ölkədə "sərxoş terroru" 13 can aldı
Teqlər:
Çeçenistan, İkinci Dünya Müharibəsi, Əfqanıstan, Fövqəladə Hallar Nazirliyi, Rusiyanın daxili işlər naziri Vladimir Kolokoltsev, İqor Zenkov, Moskva

Əsas mövzular