BAKI, 11 iyun — Sputnik. Moskva ətrafında 4 nəfəri qətlə yetirən silahlı şəxsin zərərsizləşdirilməsi əməliyyatı zamanı 4 xüsusi təyinatlı yaralanıb. Bu barədə jurnalistlərə Rusiya DİN rəhbəri Vladimir Kolokoltsev bildirib.
Xəbər verildiyi kimi, Moskva ətrafında kişi ov tüfəngi ilə evinin pəncərəsindən yoldan keçənlərə atəş açaraq 4 nəfəri qətlə yetirib. İnsident Ramenski rayonunun Kratovo qəsəbəsində baş verib.
Hadisəyə səbəb ailə üzvləri və ya qonşularla məişət zəminində baş vermiş münaqişə olub. Atəş açan şəxsin sərxoş olduğu bildirir.
Bu, sərxoş şəxslərin son günlər Rusiyada törətdikləri insan ölümü ilə nəticələnən ikinci cinayətidir. Bir neçə gün əvvəl Rusiyanın Tver əyalətində sərxoş elektrik ov tüfəngindən 9 nəfəri qətlə yetirib.