07:39 30 May 2017
Canlı yayım
FTX əməkdaşları hadisə yerində

Rusiyada terror: kəşfiyyat qurumu hədəfə alındı

© Foto: ДВновости
RUSİYA
Qısa URL
1165366

Hücum nəticəsində 2 nəfər ölüb, 1 nəfər isə yaralanıb. Hücumun terror aktı olduğu vurğulanıb.

BAKI, 21 aprel — Sputnik. Rusiyanın Xabarovsk vilayətində Federal Təhlükəsizlik Xidmətinin (FTX) binasına silahlı hücum olub. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, hücum nəticəsində 2 nəfər ölüb, 1 nəfər isə yaralanıb. 

​Ölənlərdən biri FTX-nin əməkdaşı, digəri isə həmin vaxt binada olan mülki şəxsdir. Ölənlərdən birinin və yaralanan şəxsin MDB ölkələrindən birinin vətəndaşı olduğu bildirilib. Amma həmin ölkənin adı açıqlanmayıb.

​"Aprelin 21-də, yerli vaxtla saat 17.02-də Rusiyanın Xabarovsk Diyarında Federal Təhlükəsizlik Xidmətinin binasına naməlum şəxs daxil olub. O, müəyyən olunmuş texniki nəzarət zonasını keçmədən içəri girib və birbaşa girişdəki insanları güllələməyə başlayıb. FTX-nın bir əməkdaşı və həmin vaxt qurumu ziyarət edən iki MDB ölkəsi vətəndaşından biri ölüb, digəri isə yaralanıb. Hücum edən şəxs məhv edilib" – deyə xəbərdə bildirilir.

Hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırma aparır.

Əlaqədar

Qanlı terror aktı üçün pul köçürən şəxs tutuldu
Dünyanın ən təhlükəli terror təşkilatları arasında ittifaq yaranır
Peterburq terrorunun təşkilatçısı həbs edildi
Daha bir yük avtomobili terroru
Terror aktı nəticəsində 22 dinc sakin həlak olub
Diyarbəkir terrorunun detalları üzə çıxdı
Teqlər:
Xabarovsk, FTX, Federal Təhlükəsizlik Xidməti, Rusiya, hücum

Əsas mövzular