Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyada terror: kəşfiyyat qurumu hədəfə alındı

© Photo : ДВновостиСотрудники правоохранительных органов на месте нападения на приемную ФСБ в Хабаровске, 21 апреля 2017 года
Сотрудники правоохранительных органов на месте нападения на приемную ФСБ в Хабаровске, 21 апреля 2017 года - Sputnik Azərbaycan
Abunə olmaq
Hücum nəticəsində 2 nəfər ölüb, 1 nəfər isə yaralanıb. Hücumun terror aktı olduğu vurğulanıb.

BAKI, 21 aprel — Sputnik. Rusiyanın Xabarovsk vilayətində Federal Təhlükəsizlik Xidmətinin (FTX) binasına silahlı hücum olub. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, hücum nəticəsində 2 nəfər ölüb, 1 nəfər isə yaralanıb. 

​Ölənlərdən biri FTX-nin əməkdaşı, digəri isə həmin vaxt binada olan mülki şəxsdir. Ölənlərdən birinin və yaralanan şəxsin MDB ölkələrindən birinin vətəndaşı olduğu bildirilib. Amma həmin ölkənin adı açıqlanmayıb.

​"Aprelin 21-də, yerli vaxtla saat 17.02-də Rusiyanın Xabarovsk Diyarında Federal Təhlükəsizlik Xidmətinin binasına naməlum şəxs daxil olub. O, müəyyən olunmuş texniki nəzarət zonasını keçmədən içəri girib və birbaşa girişdəki insanları güllələməyə başlayıb. FTX-nın bir əməkdaşı və həmin vaxt qurumu ziyarət edən iki MDB ölkəsi vətəndaşından biri ölüb, digəri isə yaralanıb. Hücum edən şəxs məhv edilib" – deyə xəbərdə bildirilir.

Hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırma aparır.

Xəbər lenti
0