06:19 06 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
RUSİYA
Qısa URL
25310

Vladimir Putinlə görüşü zamanı Kadırov qeyri-ənənəvi seksual orientasiyanın nümayəndələrinin təqib olunması barədə məlumatların böhtan olduğunu bəyan edib

BAKI, 20 aprel — Sputnik. Çeçenistan Respublikasında geylərin təqib olunduğu barədə informasiya təsdiqlənməyib. Sputnik Azərbaycan Rusiya mediasına istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Peskov bildirib ki, Kremlin Ramzan Kadırova inanmamağa haqqı yoxdur: "Çünki Vladimir Putinlə görüşü zamanı Kadırov qeyri-ənənəvi seksual orientasiyanın nümayəndələrinin təqib olunması barədə məlumatların böhtan olduğunu bəyan edib".

Xatırladaq ki, son vaxtlar Rusiya mediasında homoseksual olmaqda şübhəli bilinən Çeçenistan sakinlərinin kütləvi həbsi barədə məlumatlar yer almışdı. Qəzetlər yüzədək insanın saxlandığını, üç nəfərin öldürüldüyünü, hətta qurbanların sayının daha çox olduğunu, onların mediadan gizlədildiyini yazmışdı.

Çeçenistan başçısının mətbuat katibi Alvi Kərimov demişdi ki, Çeçenistanda gey yoxdur. Çeçenistanın İnsan hüquqları Şurasının üzvü Xeda Saratova isə bildirmişdi ki, onlar geylərin saxlanılması və öldürülməsi ilə bağlı şikayətlərə görə cavabdeh deyillər.

RF prezidenti yanında İnsan hüquqları Şurasının üzvü İqor Kalyapin deyib ki, ona bir neçə dəfə qeyri-ənənəvi seksual oriyentasiyalı şəxslər müraciət edərək sığınacaq almaq üçün kömək istəyiblər: "Çünki Çeçenistanda onları ölümcül təhlükə gözləyir".

Onun sözlərinə görə, Çeçenistanda LQBT hüququ barədə danışmaq qəbuledilməzdir: "Əgər sən gey olduğunu etiraf edirsənsə, bu, ölümcül təhlükəli ola bilər. Bunu, istənilən çeçen təsdiqləyə bilər. Onlar ümumiyyətlə belə adamlara son dərəcə dözümsüz yanaşırlar və hesab edirlər ki, geyləri öldürmək lazımdır, çünki onlar ənənəvi cinsləri rüsvay edirlər".

Əlaqədar

Ronaldudan şok etiraf: "Geyəm, amma..."
Bu ölkənin baş naziri gey-parada qatılacaq
Teqlər:
homoseksual, gey, Ramzan Kadırov, Çeçenistan Respublikası, Vladimir Putin

Əsas mövzular