04:28 06 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
RUSİYA
Qısa URL
23 0 0

Ramzan Kadırov: "Rusiya bütün bunlara dözdü və güclü bir ölkə olduğunu, heç kimin onunla zarafat edə bilməyəcəyini sübut elədi"

BAKI, 19 aprel — Sputnik. Rusiya Federasiyasının tərkibində yer alan Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırov, Rusiyanı yıxmaq üçün Qərb kəşfiyyatının xüsusi adamlar yetişdirdiyini iddia edib. Sputnik Azərbaycan RİA-ya istinadən xəbər verir ki, R. Kadırov bu barədə "Russia Today" telekanalına özəl müsahibəsi zamanı danışıb.

"Bütün bu illər ərzində Qərb və Avropanın gizli təşkilatları, müstəqil Rusiya dövlətini yıxmaq üçün mümkün olan hər şeyi etdi. Gərginliyin mərkəzi olaraq da Çeçenistanı seçdilər. Son 10 ildə burada şiddətli qarşıdurmalar yaşandı. Söhbət təkcə hansısa cinayətkar şəbəkədən getmir, Qərbdə təlim keçən avropalı döyüşçülərdən gedir. Bu adamlar 50-dən çox ölkəni təmsil edir" — çeçen lider deyib.

"Rusiya bütün bunlara dözdü və güclü bir ölkə olduğunu, heç kimin onunla zarafat edə bilməyəcəyini sübut elədi" — Ramzan Kadırov əlavə edib.

Əlaqədar

Liviyadan Rusiyaya sürpriz
Rusiyadan Türkiyəyə referendum açıqlaması
Ekspert: “ABŞ və Rusiya arasındakı gərginliyin azalacağını düşünmürəm”
Türkiyə və Rusiya prezidentləri Suriyadakı vəziyyəti müzakirə ediblər
"Rusiya həlledici qarşıdurmadan geri çəkilməyəcək"
ABŞ-dan Rusiyaya ultimatum
Teqlər:
Ramzan Kadırov, Çeçenistan Respublikası, Rusiya Federasiyası, Qərb

Əsas mövzular