Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

"Qərb Rusiyanı yıxmaq üçün xüsusi adamlar yetişdirib"

© Sputnik / Said Tsarnayev / Mediabanka keçidRamzan Kadırov. Arxiv şəkli
Ramzan Kadırov. Arxiv şəkli - Sputnik Azərbaycan
Xəbərlərə abunə olun
НовостиTelegram
Ramzan Kadırov: "Rusiya bütün bunlara dözdü və güclü bir ölkə olduğunu, heç kimin onunla zarafat edə bilməyəcəyini sübut elədi"

BAKI, 19 aprel — Sputnik. Rusiya Federasiyasının tərkibində yer alan Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırov, Rusiyanı yıxmaq üçün Qərb kəşfiyyatının xüsusi adamlar yetişdirdiyini iddia edib. Sputnik Azərbaycan RİA-ya istinadən xəbər verir ki, R. Kadırov bu barədə "Russia Today" telekanalına özəl müsahibəsi zamanı danışıb.

"Bütün bu illər ərzində Qərb və Avropanın gizli təşkilatları, müstəqil Rusiya dövlətini yıxmaq üçün mümkün olan hər şeyi etdi. Gərginliyin mərkəzi olaraq da Çeçenistanı seçdilər. Son 10 ildə burada şiddətli qarşıdurmalar yaşandı. Söhbət təkcə hansısa cinayətkar şəbəkədən getmir, Qərbdə təlim keçən avropalı döyüşçülərdən gedir. Bu adamlar 50-dən çox ölkəni təmsil edir" — çeçen lider deyib.

"Rusiya bütün bunlara dözdü və güclü bir ölkə olduğunu, heç kimin onunla zarafat edə bilməyəcəyini sübut elədi" — Ramzan Kadırov əlavə edib.

Xəbər lenti
0