11:42 08 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
RUSİYA
Qısa URL
6411

"Ümid edirik ki, tərəflər danışıqlar masasına qayıdacaq, nizamlanmaya istiqamətlənən davamlı dialoqu bərpa edəcəklər"

BAKI, 5 apr — Sputnik. 2016-cı ildə Qarabağ uğrunda gedən aprel döyüşləri 1994-cü ildə bağlanmış atəşkəs haqqında sazişin pozulması idi. 

Sputnik Azərbaycan Rusiya KİV-lərinə istinadla xəbər verir ki, bunu bu gün keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi təmsilçisi Mariya Zaxarova deyib. 

“ATƏT-in Minsk qrupunun həmsədrləri və beynəlxalq təşkilatlar Dağlıq Qarabağ regionunda, Ermənistan-Azərbaycan sərhədindəki qoşunların təmas xəttində aprel eskalasiyasından sonra sülh prosesinin bərpası üçün fəal səylər göstəriblər. 2016-cı ildə Vyana və Sankt-Peterburqda keçirilən sammitlər Dağlıq Qarabağ münaqişənin nizamlanmasına həsr olunub. Ümid edirik ki, tərəflər danışıqlar masasına qayıdacaq, nizamlanmaya istiqamətlənən davamlı dialoqu bərpa edəcəklər” – deyə Zaxarova bildirib. 

Diplomat əlavə edib ki, bu münaqişənin həlli və sülhün qorunması istiqamətində iş bütün səviyyələrdə davam edir. 

Əlaqədar

Dağlıq Qarabağda erməni hərbçisi öldürülüb
“Qarabağ: əsirlər və girovlar. Közərən xaç” filmi təqdim olundu
Lavrov: "Qarabağla bağlı belə bir plan yoxdur"
Amerikalı tarzən: "Qarabağın qaytarılmasını səbirsizliklə gözləyirəm"
Teqlər:
Rusiya Xarici İşlər Nazirliyi, ATƏT-in Minsk qrupu, Mariya Zaxarova, Sankt-Peterburq, Vyana, Dağlıq Qarabağ

Əsas mövzular