Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya XİN-dən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı açıqlama

© Sputnik / Kirill Kalinnikov / Mediabanka keçidБрифинг официального представителя МИД РФ М.В. Захаровой
Брифинг официального представителя МИД РФ М.В. Захаровой - Sputnik Azərbaycan
Abunə olmaq
"Ümid edirik ki, tərəflər danışıqlar masasına qayıdacaq, nizamlanmaya istiqamətlənən davamlı dialoqu bərpa edəcəklər"

BAKI, 5 apr — Sputnik. 2016-cı ildə Qarabağ uğrunda gedən aprel döyüşləri 1994-cü ildə bağlanmış atəşkəs haqqında sazişin pozulması idi. 

Sputnik Azərbaycan Rusiya KİV-lərinə istinadla xəbər verir ki, bunu bu gün keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi təmsilçisi Mariya Zaxarova deyib. 

“ATƏT-in Minsk qrupunun həmsədrləri və beynəlxalq təşkilatlar Dağlıq Qarabağ regionunda, Ermənistan-Azərbaycan sərhədindəki qoşunların təmas xəttində aprel eskalasiyasından sonra sülh prosesinin bərpası üçün fəal səylər göstəriblər. 2016-cı ildə Vyana və Sankt-Peterburqda keçirilən sammitlər Dağlıq Qarabağ münaqişənin nizamlanmasına həsr olunub. Ümid edirik ki, tərəflər danışıqlar masasına qayıdacaq, nizamlanmaya istiqamətlənən davamlı dialoqu bərpa edəcəklər” – deyə Zaxarova bildirib. 

Diplomat əlavə edib ki, bu münaqişənin həlli və sülhün qorunması istiqamətində iş bütün səviyyələrdə davam edir. 

Xəbər lenti
0