03:21 20 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8828
Sankt-peterburq metrosunda terror

Rusiyanı titrədən terrorla bağlı şok görüntülər ortaya çıxdı

© Sputnik /
RUSİYA
Qısa URL
169012

Metrodakı sərnişinlər panika içində partlamış vaqonlara girib-çıxaraq ölən və yaralananlara tamaşa edirlər

BAKI, 3 apr — Sputnik. Bu gün Sankt-Peterburq metrosunda güclü partlayış baş verib. Sputnik Azərbaycan-ın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə hadisənin canlı şahidi olan sosial şəbəkə istifadəçiləri müxtəlif məlumat yayırlar. Yayılan son görüntülərdə metrodakı sərnişinlər panika içində partlamış vaqonlara sərbəst girib-çıxaraq ölən və yaralananlara tamaşa edirlər.

Rusiyanın hüquq-mühafizə orqanları partlayışla bağlı faktı təsdiqləyib. Hələlik hadisənin baş vermə səbəbi barədə dəqiq məlumat yoxdur. İlkin məlumata görə, ən azı 10 nəfər ölüb, 50 nəfər yaralanıb. Təcili tibbi yardım hələlik 30 zərərçəkənə ilkin yardım göstərdiyini bildirib. "Alfa" qrupunun veteranı Sergey Qonçarov hadisənin terror aktı olduğunu bildirib.

Hadisə bu gün günorta saatlarında, "Sennaya ploşad" və "Texnoloqiçeskiy institut" metrostansiyalarında baş verib. Metropoliten xəbəri təsdiqləyib. FHN ölən və yaralananların olduğunu bildirib. İnsidentin mənşəyi məlum olmayan qurğunun işə düşməsi səbəbindən baş verdiyi bildirilir.

Hazırda Sankt-Peterburqda işgüzar səfərdə olan Rusiya prezidenti Vladimir Putinə partlayışla bağlı məlumat verilib. "Prezidentə şimal paytaxtımızdakı metrostansiyalarda baş verən partlayışla bağlı məlumat verilib. O, hal-hazırda Strelnedə işləyir" — deyə dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.

Zərərçəkənlər arasında uşaqların da olduğu bildirilir. Sankt-Peterburq metrosunun bütün stansiyalarının giriş-çıxışı bağlanıb. Hadisə yerinə fövqəladə qüvvələr cəlb olunub. Artıq cinayət işi açılıb və araşdırma başlanıb.

Əlaqədar

14 terrorçu məhv edildi
Terrorçuların qarşıdurmasında ABŞ əsgərləri həlak oldular
"Nəqliyyat terroru" 6 nəfərin həyatına son qoydu
London terrorunu törədənin kimliyi barədə mühüm açıqlama
Britaniyanı silkələyən dəhşətli terror aktının ilk görüntüləri yayıldı
Qanlı terrordan 23 il ötdü
Teqlər:
partlayış, metro, Sankt-Peterburq, Rusiya, terror

Əsas mövzular