Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Sankt-Peterburq metrosunda partlayış: ölən və yaralananlar var

© Photo : RupostersSankt-Peterburq metrosunda partlayish
Sankt-Peterburq metrosunda partlayish - Sputnik Azərbaycan
Abunə olmaq
İnsidentin mənşəyi məlum olmayan qurğunun işə düşməsi səbəbindən baş verdiyi bildirilir

BAKI, 3 apr — Sputnik. Sankt-Peterburq metrosunda güclü partlayış baş verib. Sputnik Azərbaycan-ın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə hadisənin canlı şahidi olan sosial şəbəkə istifadəçiləri məlumat yayıblar.

Rusiyanın hüquq-mühafizə orqanları xəbəri təsdiqləyiblər. Onlar ölən və yaralananların olduğunu bildiriblər. Hələlik hadisənin baş vermə səbəbi barədə dəqiq məlumat yoxdur. İlkin məlumata görə, ən azı 10 nəfər ölüb, 50 nəfər yaralanıb. Partlayışın terror aktı olduğu istisna edilmir.

Публикация от Pragmatic Pensioner (@555vyacheslavovich) Апр 3 2017 в 4:58 PDT

Hadisə bu gün günorta saatlarında, "Sennaya ploşad" və "Texnoloqiçeskiy institut" metrostansiyalarında baş verib. Metropoliten xəbəri təsdiqləyib. FHN ölən və yaralananların olduğunu bildirib. İnsidentin mənşəyi məlum olmayan qurğunun işə düşməsi səbəbindən baş verdiyi bildirilir.

Hazırda Sankt-Peterburqda işgüzar səfərdə olan Rusiya prezidenti Vladimir Putinə partlayışla bağlı məlumat verilib. "Prezidentə şimal paytaxtımızdakı metrostansiyalarda baş verən partlayışla bağlı məlumat verilib. O, hal-hazırda Strelnedə işləyir" — deyə dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.

Zərərçəkənlər arasında uşaqların da olduğu bildirilir. Sankt-Peterburq metrosunun 7 stansiyası bu hadisə ilə əlaqədar olaraq müvəqqəti bağlanıb.

Hadisə yerinə fövqəladə qüvvələr cəlb olunub. Artıq cinayət işi açılıb və araşdırma başlanıb.   

Xəbər lenti
0