20:27 18 Avqust 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0257
  • EUR1.8876
Rusiyanın ən bahalı evi

Ölkənin ən bahalı imarətinin sahibi kimdir?

© Photo : PUBLIC DOMAIN
RUSİYA
Qısa URL
92910

Bu ev ölkədəki orta statistik evlərdən 900 dəfə bahadır

BAKI, 17 yan — Sputnik. Rusiyanın ən bahalı evinin qiyməti açıqlanıb. Sputnik Mirkvartir-ə istinadla xəbər verir ki, Rusiyada ən bahalı ev 4,8 milyard rubla (80 milyon 810 min dollar) satılır.

Goranboy rayonunun Rəhimli kənd sakini Elnur Tağıyev
© Sputnik / Ilham Mustafa

"MirKvartir"-in bazasına daxil olan ən bahalı evin qiyməti Moskva ətrafındakı "Skolkovo" elit qəsəbəsində yerləşir" — portalın mətbuat xidməti bildirib.

Klassik üslubda olan bu iqamətgahın yaşayış sahəsi 2,57 min kvadratmetrdir. O, 2,3 hektar sahədə tikilib. Evdə qulluq heyəti üçün ayrıca girişi olan bütöv bir blok var: sanitar qovşaqları olan iki otaq, mətbəx, camaşırxana, menecerin kabineti. Evin yanından çay axır.

"Rusiyada evlərin orta qiyməti 5,4 milyon rubldur, demək yazdığımız ev Rusiyadakı orta statistik evdən 900 dəfə bahadır" — portal yazır.

Əlavə olunur ki, ev artıq birinci il deyil satışa çıxarılıb və hazırkı vəziyyətdə belə, obyektə alıcı tapmaq asan deyil. "Mirkvartir" bu evin sahibinin adını açıqlamayıb. Çünki onun satışı ilə birbaşa mülkün sahibi deyil, onun etibarnamə ilə vəkalət verdiyi şəxs məşğul olur.

Rusiya mediası güman edir ki, bu evin sahibi Rusiyanın məşhur oliqarxlarından biridir.

Əlaqədar

Olimpiya çempionu 4 milyon manatlıq villa aldı
Adı 20 milyonluq villalarda hallanan məmur danışdı: "Məni başa düşün. Çox gərginəm"
SOCAR 20 milyonluq villa söhbətinə aydınlıq gətirdi
Teqlər:
Mirkvartir, imarət, baha, Moskva, Rusiya, ev, qiymət

Əsas mövzular