10:37 21 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8968
Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş operativ idarəetmə idarəsi rəisinin birinci müavini, general Viktor Poznixir

Rusiya və Çin amerikalıların müharibə təhdidinə qarşı birləşir

© Photo : RF Müdafiə Nazirliyinin mətbuat xidməti
RUSİYA
Qısa URL
103010

Rusiyalı general: "Moskva Vaşinqtonun planlarını cavabsız qoymayacaq. Çin də ABŞ-ın mövqeyinə cavab vermək niyyətindədir"

BAKI, 12 okt — Sputnik. "Vaşinqtonun raket əleyhinə sistemləri (RƏM) Avropada yerləşdirməsi ABŞ-ın Rusiya və Çin üzərində hərbi üstünlük əldə etmək arzusu ilə bağlıdır".

Sputnik RİA Novosti-yə istinadla xəbər verir ki, bu sözləri Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş operativ idarəetmə idarəsi rəisinin birinci müavini, general Viktor Poznixir deyib. Onun sözlərinə görə, Moskva amerikalıların planını cavabsız qoymayacaq.

Moskvada birmənalı şəkildə bəyan ediblər ki, ABŞ və NATO-nun fəaliyyətləri Rusiyanın milli təhlükəsizliyi üçün təhlükə yaradır: "Bu, eyni zamanda regionun strateji sabitliyinə də əngəl törədir".

Rusiya və Çin üzərində hegemonluq

Poznixirin sözlərinə görə, ABŞ bu sistemləri İran və Şimali Koreyaya qarşı yerlədirdiyini iddia edir: "Amma bu sistemlər heç də onlara qarşı yerləşdirilməyib. O da var ki, RƏM sistemləri İran və Şimali Koreyada olanda Vaşinqtonda olduğundan daha təhlükəli deyil. Çünki onlar ABŞ-dan fərqli olaraq öz planlarını izah edirlər".

"ABŞ RƏM sistemlərini bu bölgəyə yerləşdirməklə Rusiya və Çin üzərində öz üstünlüyünü əldə etmək arzusunu reallaşdırmaq istəyir" — deyə general əlavə edib.

Baş Qərargahın təmsilçisi qeyd edib ki, KXDR hazırda Qərb üçün real təhlükə deyil: "Tehran tərəfindən yarana biləcək təhlükələrə gəlincə, İranın nüvə proqramları ilə əlaqədar razılaşmalardan sonra bu barədə, ümumiyyətlə danışmağa dəyməz. Birləşmiş Ştatlar Moskvanın nüvə potensialını aşağı salmağa çalışır. Bununla belə, RƏM sistemləri silahsızlaşdırmanın mümkün olduğu və hegemoniyanın olmadığı yerdə əsas zərbə komponentidir".

"Bu mənada, Şimali Koreya və İrandan gələ biləcək təhlükələrə qarşı RƏM sistemlərini yerləşdirmək, ilk növbədə o ölkələrə qarşı deyil, Rusiya və Çinin raketlərinə qarşıdır", — deyə Baş Qərargahın nümayəndəsi bildirib.

Rusiyanın Avropa hissəsi zərbə altındadır

Poznixir əlavə edib ki, ABŞ-ın Rumıniya və Polşaya yerləşdirmək niyyətində olduğu MK-41-lər uzaq mənzilli "Tomahawk"ı böyük uzaqlıqdan daşımaq qabiliyyətindədir. Bu isə, Yaxın və Orta mənzilli raketlərlə bağlı müqavilənin birbaşa pozulması deməkdir.

"Zənginləşdirilmiş qanadlı raketlərlə dolu gəmilərin yer altında yerləşdirilmiş variantı birbaşa müqavilənin pozulması faktıdır", — deyə Poznixir bildirib.

General xatırladıb ki, Yaxın və Orta Mənzilli Raketlərlə bağlı Müqavilə 500 kilometrdən uzağı vuran qanadlı raketlərdən ibarət komplekslərin torpağın altında yerləşdirilməsini qadağan edir: "Haqqında bəhs etdiyimiz "Tomahawk" isə 2500 kilometr məsafədə uçmağa qadirdir. Amerikanın qanadlı raketləri Rusiyanın bütün Avropa hissəsini praktiki olaraq təhlükə altında saxlayacaq. Bu mənada "Tomahawk" qanadlı raketləri ilə yüklənmiş Мk-41 komplekslərinin Avropadakı bazalarda yerləşdirilməsi prosesi gizlin aparılır və qısamüddətli olduğu şübhə doğurmur".

Rusiya tədbirlər görəcək

Poznixir bəyan edib ki, Rusiya ABŞ-ın planlarını cavabsız qoymayacaq. Onun sözlərinə görə, Moskva adekvat tədbir görəcək: "Rusiya ABŞ-ın hərbi hegemonluğu qarşısında strateji silahlarla balans yaratmağa çalışacaq. Çin də Vaşinqtonun mövqeyinə cavab vermək niyyətindədir. Bu məqsədlə Moskva və Pekin artıq ilkin addımlar atıb".

"Bu il ərzində artıq raket əleyhinə müdafiə məqsədilə birgə Rusiya-Çin kompüterləşdirilmiş komanda-qərargah təlimləri keçirilib. Təlimlər zamanı əleyhdarlar tərəfindən gözlənilən raket zərbələrindən birgə müdafiə ilə bağlı müxtəlif variantlar nəzərdən keçirilib. Burada bizim sərhədlərimiz yaxınlığında raket əleyhinə müdafiə vasitələri qrupları sınaqdan keçirilib", — deyən Poznixir bu qəbuldən olan təlimlərin 2017-cii ildə keçiriləcəyini bildirib.

Əlaqədar

Türkiyə ərazisinə rus raketi düşdü
XİN: İran raket potensialını artıracaq
Amerika hərbçiləri nüvə raketini əllərindən salıblar
İsrail yeni raketin sınağını keçirdi
Rusiya İrana S-300 raketi göndərdi
Ərdoğan: Xəzərdən Suriyaya raketlərin atılması bizi narahat etdi
ABŞ-da ölkəni raket hücumundan müdafiə edən hərbi dirijabl düşüb
Teqlər:
RƏM, Viktor Poznixir, raket, Çin, Rusiya, Vaşinqton, Avropa, ABŞ

Əsas mövzular