15:28 23 İyul 2018
Canlı yayım
  • RUB0.0268
  • USD1.7000
  • EUR1.9947
Seçki məntəqələrindəki nəzarət kameraları

"Vahid Rusiya" Dumada Konstitusion çoxluğu qazanıb

© Sputnik / Yevgeny Odinokov
RUSİYA
Qısa URL
630 0 0

"Vahid Rusiya" partiyası Rusiya tarixində Dumaya seçkilərdə seçici dəstəyinə və qazandığı deputat mandatının sayına görə, özünün ən yaxşı nəticəsini göstərib

BAKI, 19 sen — Sputnik. "Vahid Rusiya" partiyası (VRP) Rusiya tarixində Dumaya seçkilərdə seçici dəstəyinə və qazandığı deputat mandatının sayına görə, özünün ən yaxşı nəticəsini göstərib. Sputnik Rusiya Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına istinadla xəbər verir ki, seçki protokollarının 92%-i nəzərdən keçirilib və yekun səslər hesablanıb.

"Vahid Rusiya" səslərin 54,16%-ni toplayıb ki, bu da ona Duma palatasında ən azı 121 yer qazandırıb. 203 birmandatlı seçki dairəsi üzrə partiya Rusiyanın siyasi tarixində rekord həddə deputat kreslosu qazanıb. Dumadakı 450 yerdən 324-ü "Vahid Rusiya"nın aktivinə yazılıb. Seçkinin yekun nəticələri hesablandıqda bu rəqəm 328-dən 340-a qədər yüksələ bilər. Artıq partiya və MSK bəyan edib ki, VRP Dumada Konstitusion çoxluğu əldə edib. Bu isə ona Konstitusiyanı dəyişməyə və prezidentin vetosunu aradan qaldırmağa imkan verir.

"Vahid Rusiya" ən yaxşı nəticəni 2007-ci ildə prezidenti Vladimir Putinin rəhbərliyi altında əldə etmişdi. O zaman partiya 64,3% səs qazanmışdı. Onda partiya 315 deputat kreslosu ilə Konstitusion çoxluğu əldə etmişdi və Rusiyanın bu qədər parlament gücü yığan ilk partiyası olmuşdu.

2011-ci ildə VRP 49,3% səs yığaraq 238 mandat qazanmışdı. 2003-cü ildə — iştirak etdiyi ilk parlament seçkilərində VRP 37,6% səslə partiya siyahısından 120 deputat yeri, birmandatlı dairələrdən isə 103 mandat qazanmışdı. Bu fraksiyanın Dumada ümumilikdə 223 kreslosu var idi.
1999-cu ildə Dumaya keçirilən seçkilərdə VRP-nin sələfləri — "Birlik" və "Vətən — Bütün Rusiya" partiyaları 23,3% və 13,3% səs qazanmışdılar. Birmandatlı seçki dairələri ilə birlikdə bu partiyaların müvafiq olaraq 73 və 66 deputat mandatı vardı.

Əlaqədar

Rusiya Dövlət Dumasına seçkilər keçirilir
Ruslar Dövlət Dumasına keçiriləcək seçkilərə Bakıda səs verə biləcəklər
Rusiya Dumasına seçkilərdə 22 partiya iştirak edəcək
Rusiya Dumasından Azərbaycandakı seçkilərə dəstək
Teqlər:
Duma, "Vahid Rusiya", mandat, seçki, Rusiya, qələbə

Əsas mövzular