BAKI, 18 sen — Sputnik. Rusiya Dövlət Dumasına bu gün keçirilən seçkilərdə hakim “Vahid Rusiya” partiyası qələbə qazanıb.
RİA Novosti-nin verdiyi xəbərə görə, bunu Rusiya prezidenti Vladimir Putin bəyan edib.
“Əminliklə demək olar ki, yeni Dövlət Dumasında “Vahid Rusiya” mütləq çoxluğa malik olacaq”, deyə o bildirib.
Seçkilərin ilkin nəticələrinə görə, "Vahid Rusiya" 44,5% səs toplayıb.