Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Ərdoğan avqustun 9-da Sankt-Peterburqa gedəcək

© AFP 2023 / POOL / IVAN SEKRETAREV Rusiya prezidenti Vladimir Putin Kremldə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı qarşılayarkən. Arxiv şəkli
Rusiya prezidenti Vladimir Putin Kremldə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı qarşılayarkən. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiya və Türkiyə prezidentlərinin görüşündə iki ölkə arasındakı əlaqələrin qısa müddət ərzində bərpa edilməsi müzakirə olunacaq

BAKI, 26 iyul — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan avqustun 9-da Sankt-Peterburqa gedəcək. Sputnik RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Türkiyənin baş nazirinin müavini Mehmet Şimşek bildirib.

Onun sözlərinə görə, görüşdə Moskva və Ankaranın əlaqələrinin qısa müddət ərzində bərpa edilməsi müzakirə olunacaq.

Rusiya prezidenti Ərdoğanla görüşdən bir gün öncə — avqustun 8-də Azərbaycana səfər edəcək. Bakıda Azərbaycan, Rusiya və İran prezidentləri — İlham Əliyev, Vladimir Putin və Həsən Ruhaninin görüşü keçiriləcək.

Xəbər lenti
0