BAKI, 26 iyul — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan avqustun 9-da Sankt-Peterburqa gedəcək. Sputnik RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Türkiyənin baş nazirinin müavini Mehmet Şimşek bildirib.
Onun sözlərinə görə, görüşdə Moskva və Ankaranın əlaqələrinin qısa müddət ərzində bərpa edilməsi müzakirə olunacaq.
Rusiya prezidenti Ərdoğanla görüşdən bir gün öncə — avqustun 8-də Azərbaycana səfər edəcək. Bakıda Azərbaycan, Rusiya və İran prezidentləri — İlham Əliyev, Vladimir Putin və Həsən Ruhaninin görüşü keçiriləcək.