15:54 25 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
RUSİYA
Qısa URL
71 0 0

Azərbaycan prezidenti İlham Əliyev Vorkutada mədəndə baş vermiş partlayışlar nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar rusiyalı həmkarı Vladimir Putinə başsağlığı verib.

BAKI, 29 fev-Sputnik. Azərbaycan prezidenti İlham Əliyev Vorkutada mədəndə baş vermiş partlayışlar nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar rusiyalı həmkarı Vladimir Putinə başsağlığı verib.

Sputnik president.az-a istinadla xəbər verir ki, başsağlığı məktubunda Azərbaycan prezidenti kədərini ifadə edib: "Hörmətli Vladimir Vladimiroviç, Vorkutadakı "Severnaya" şaxtasında partlayışlar nəticəsində çoxsaylı insan tələfatı barədə xəbər məni dərindən kədərləndirdi. Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Rusiya xalqına dərin hüznlə başsağlığı verirəm. Zərərçəkənlərin tezliklə sağalmasını arzu edirəm".

Qeyd edək ki, fevralın 25-də "Severnaya" mədənində qəza baş verib. 748 m dərinlikdə qəza baş verən zaman mədəndə 110 nəfər olub. Onlardan 80-ni çıxarılıb, 4 nəfər həlak olub, 26 nəfər itkin düşüb.

Fevralın 27-dən 28-ə keçən gecə mədəndə növbəti partlayış baş verib, nəticədə 6 nəfər həlak olub, 5 nəfər yaralanıb.

Komi Respublikasında 3 günlük matəm elan olunub.

Əlaqədar

Rusiya FHN: Mədəndə itkin düşmüş 26 nəfərin sağ alma ehtimalı yoxdur
Rusiyada şaxtada baş vermiş partlayış nəticəsində 6 nəfər ölüb
Teqlər:
Komi, mədən, Severnaya, Vorkuta, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, Vladimir Putin, İlham Əliyev, şaxta

Əsas mövzular