Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya FHN: Mədəndə itkin düşmüş 26 nəfərin sağ alma ehtimalı yoxdur

© Sputnik / Владимир Юрлов / Mediabanka keçidГорноспасатели в шахте "Северная" в Воркуте. Архивное фото
Горноспасатели в шахте Северная в Воркуте. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiyanın Komi Respublikasının Vorkuta şəhərində “Severnaya” kömür mədənində baş verən qəzada itkin düşmüş 26 nəfərin sağ qalma ehtimalı yoxdur.

BAKI, 28 fev — Sputnik. Rusiyanın Komi Respublikasının Vorkuta şəhərində “Severnaya” kömür mədənində baş verən qəzada itkin düşmüş 26 nəfərin sağ qalma ehtimalı yoxdur.

Sputnik-in RIA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Komi üzrə idarəsindən bildirib.

Mədəndə baş verən qəzada itkin düşənlərin sağ qalmadığını “Vorkutauqol” ASC-nin texniki direktoru Denis Paykin də jurnalistlərə açıqlamasında deyib.

O, hazırda mədənlə bağlı iki variantda baxıldığını bildirib: “Texniki şura vəziyyəti detallı şəkildə araşdırıb, qəzanın səbəblərini, hazırda davam edən yanğının dinamikasını, üç partlayışa səbəb olan dağıntıları incələyib. Şura hazırkı vəziyyəti qiymətləndirərək belə qənaətə gəlib ki, mədəndə sağ qalan yoxdur. Bizim hazırda iki variantımız var. Birincisi, mədənin qəzalı, yanğın olan hissəsini su altına almaq. İkincisi, mədənə oksigen keçməsinin qarşısını kəsmək məqsədilə mədənin səthdən dibə qədər olan hissəsini hermetikləşdirmək, yanğını lokallaşdırmaq üçün mədənə xüsusi maddələr doldurmaq. Yanğının qarşısının alınması üçün bu iki variantdan biri seçiləcək”.   

Qeyd edək ki, fevralın 25-də “Severnaya” mədənində qəza baş verib. 748 m dərinlikdə qəza baş verən zaman mədəndə 110 nəfər olub. Onlardan 80-ni çıxarılıb, 4 nəfər həlak olub, 26 nəfər itkin düşüb.

Fevralın 27-dən 28-ə keçən gecə mədəndə növbəti partlayış baş verib, nəticədə 6 nəfər həlak olub, 5 nəfər yaralanıb.

Komi Respublikasında 3 günlük matəm elan olunub.

Xəbər lenti
0