SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Professor: “Nə ABŞ-a, nə də Çinə qarşıdurma lazım deyil”

© © Rövşən İbrahimovun şəxsi arxivindənRövşən İbrahimov
Rövşən İbrahimov - Sputnik Azərbaycan, 1920, 17.09.2021
Abunə olmaq
Cənubi Koreyanın Hankuk universitetinin professoru, politoloq Rövşən İbrahimov deyib ki, münasibətlərinin hansı istiqamətdə inkişaf edəcəyini dəqiq demək çətindir
Rövşən İbrahimov: “Çinin iqtisadi yüksəlişi bir neçə müddət sonra ABŞ-ı üstələyəcək”
ABŞ-ın Hind-Sakit okean bölgəsində Böyük Britaniya və Avstraliya ilə yeni razılaşması Çinə qarşı yönəlməyib. Bunu Ağ Evin mətbuat katibi Cen Psaki keçirdiyi brifinqdə deyib.
Sputnik Azərbaycan ABŞ-Çin münasibətlərinin perspektivləri barədə Cənubi Koreyanın Hankuk universitetinin professoru, politoloq Rövşən İbrahimovun fikirlərini öyrənib.
Politoloq bildirib ki, ABŞ-ın Əfqanıstandan çıxması bu ölkənin xarici siyasətinin əsas istiqamətinin Sakit okeanı regionu olacağını göstərir: “Burada sadəcə ticari maraqları nəzərdə tutmuram, həmçinin Tayvanla bağlı məsələ özünü qabarıq şəkildə büruzə verəcək. Ona görə də hesab edirəm ki, münasibətlərinin hansı istiqamətdə inkişaf edəcəyini dəqiq demək çətindir. Proseslərin inkişafı Çinin də özünün iradəsindən asılıdır. Ümumilikdə qeyd edə bilərik ki, nə ABŞ-a, nə də Çinə qarşıdurma lazım deyil. ABŞ-da da başa düşülür ki, Çinin iqtisadi yüksəlişi bir neçə müddət sonra ABŞ-ı üstələyəcək. Bunun qarşısının alınması üçün tədbirlər görülür”.
Rövşən İbrahimovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz
Xəbər lenti
0