03:37 21 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR1.9912
  • RUB0.0232

Vüqar Hüseynov: “Onlar bizim peşə tədrisi mərkəzində hazırlanacaqlar”

RADİO
Qısa URL
25 0 0

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov deyib ki, Azərbaycanda bu peşələrə olan təlabat Aqrar Universitetin rəhbərliyi altında tam şəkildə ödənilmiş olacaq

Vüqar Hüseynov: “Hazırda intensiv bağlar salınır”

“Bu gün Azərbaycanda kənd təsərrüfatı inkişaf etdiyi üçün aqrar sahədə kadrlara da ehtiyac artır”. Sputnik Azərbaycan xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov deyib.

O bildirib ki, o kadrlar təkcə aqronomlar, zootexniklər, baytarlar deyil: “Bu işin onurğa sütunu olan mütəxəssislərdir. Hazırda intensiv bağlar salınır. Bu baxımdan sulama mütəxəssislərinin hazılanması vacibdir. Onlar bizim peşə tədrisi mərkəzində hazırlanacaqlar. Azərbaycanda bu peşələrə olan təlabat Aqrar Universitetin rəhbərliyi altında tam şəkildə ödənilmiş olacaq”.

Qeyd edək ki, aqrar sahədə keyfiyyətli kadr hazırlığının təmin olunması məqsədilə stimullaşdırıcı təqaüd proqramları həyata keçirilir. Azərbaycan Dövlət Aqrar Universitetinin Elmi Şurasının qərarına əsasən, 2021-2022-ci tədris ilində qəbul imtahanlarında 400 və daha çox bal toplayaraq Azərbaycan Dövlət Aqrar Universitetinə daxil olan abituriyentlərə 150 manat, 500 və daha çox bal toplayanlara isə 250 manat əlavə təqaüd veriləcək. Buna qədər qeyd olunan kateqoriyadan olan tələbələrə müvafiq olaraq 100 və 200 manat əlavə təqaüd ödənilirdi.

Vüqar Hüseynovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular