Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Ekspert: “Bu obyektlərdə pandemiya qaydalarının tələbləri daha da ciddiləşməlidir”

© Sputnik / Murad OrujovAzad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov  - Sputnik Azərbaycan, 1920, 25.08.2021
Abunə olmaq
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, əhali AQTA-nın və digər dövlət orqanlarının apardığı işlərə dəstək verməlidir
Eyyub Hüseynov: “İnsanlarımız restoranlara daxil olduqdan sonra bütün qaydaları unudur”
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.
Bəs ictimai iaşə obyektlərində pandemiya qaydalarının hansı tələbləri pozulur?
Mövzu ilə bağlı Sputnik Azərbaycan-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, ictimai iaşə obyektlərində ciddi problemlər yaşanır: “AQTA-nın apardığı işlər zəruri olsa da, kafi deyil. İnsanlarımız restoranlara daxil olduqdan sonra bütün qaydaları unudur. Əhali AQTA-nın və digər dövlət orqanlarının apardığı işlərə dəstək verməlidir. Əgər bu dəstək verilməsə, faciəvi vəziyyət yarana bilər. Düşünürəm ki, restoranlarda və digər iaşə obyektlərində pandemiya qaydalarının tələbləri daha da ciddiləşməlidir”.
Eyyub Hüseynovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz
Xəbər lenti
0