Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Ekspert: “Xarici investisiyanın cəlbi ilə bağlı situasiya qaneedici deyil”

© Facebook / reshad.hasanov.5İqtisadçı-ekspert Rəşad Həsənov
İqtisadçı-ekspert Rəşad Həsənov  - Sputnik Azərbaycan, 1920, 20.08.2021
Abunə olmaq
İqtisadçı ekspert Rəşad Həsənov deyib ki, bundan sonra Azərbaycan hökuməti daha liberal, daha konkret hədəfli investisiyanın cəlbi siyasətini ortaya qoymalıdır
Rəşad Həsənov: “Postpandemiya dövründə investisiya imkanları məhdudlaşacaq”
“Azərbaycanda bu günə qədər investisiyalar əsasən enerji sektoruna yönəlib”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov deyib.
İqtisadçı bildirib ki, son illər isə müəyyən xüsusi layihələr çərçivəsində digər sahələrə də xarici investisiyalar yatırılır: “Xarici investisiyların cəlb edilməsi sahəsində dinamikanın artmasını qeyd edə bilərik. Amma situasiyanın qaneedici olmasını deyə bilmərik. Xüsusən də 2016-2017-ci illər ərzində xarici investisiyaların həcmində davamlı azalma baş verir. Pandemiya dövründəki vəziyyət bunu bir qədər də çətinləşdirdi. Hər kəsə məlumdur ki, postpandemiya dövründə şirkətlərin investisiya imkanları məhdudlaşacaq. Düşünürəm ki, bundan sonra Azərbaycan hökuməti daha liberal, daha konkret hədəfli investisiyanın cəlbi siyasətini ortaya qoymalıdır”.
Qeyd edək ki, bu ilin yanvar-iyul aylarında Azərbaycanda xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 2 milyard 595,6 milyon manat vəsait yönəldilib.
Rəşad Həsənovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz
Xəbər lenti
0