02:02 26 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR1.9961
  • RUB0.0234

Samir Dübəndi: “Regionlardakı hava limanlarının potensialından tam istifadə edilməyib”

RADİO
Qısa URL
4110

DAİR Otellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri və Azərbaycan Ekoturizm Assosiasiyasının icraçı direktoru Samir Dübəndi deyir ki, ötən illərin statistikasına nəzər salsaq, konkret olaraq 2019-cu ildə 4,5 milyard insan hava nəqliyyatından istifadə edib

Samir Dübəndi: “Bu sahədə rəqabətin təmin edilməsi labüddür”

“Dövlət Turizm Agentliyi təyyarə biletlərinin qiymətini formalaşdırmır. Bunu AZAL və digər qurumlar tənzimləyir. Biz onlarla daim təmasdayıq. Dövlət İnvestisiya Holdinqi yaradılıb və AZAL onun tərkibindədir. Biz biletlərin qiyməti iLə bağlı təkliflərimizi göndərmişik”. Bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib.

DAİR Otellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri və Azərbaycan Ekoturizm Assosiasiyasının icraçı direktoru Samir Dübəndi Sputnik Azərbaycan-a deyir ki, ucuz aviareyslərlə yanaşı çarter reyslərin təşkili də təkliflər arasında yer alıb: “Ötən illərin statistikasına nəzər salsaq, konkret olaraq 2019-cu ildə 4,5 milyard insan hava nəqliyyatından istifadə edib. Bu sərnişinlərin təxminən 30 faizi lou-kosterlərin xidmətindən istifadə edib.  Ola bilər ki, Bakıdakı hava limanından əlavə yeni bir terminal inşa edilsin və buradan ancaq lou-kosterlərin uçuşu təmin edilsin. Eyni zamanda regionlardakı hava limanlarının potensialından da bu istiqamətdə istifadə etmək olar. Nəzərə almalıyıq ki, son illər ölkəmizdə turizm bumu yaşansa da, regionlardakı hava limanlarının imkanlarından yetərincə istifadə etməmişik. O baxımdan bu sahədə rəqabətin təmin edilməsi labüddür və müxtəlif avia şirkətlərin uçuşları təmin edilməlidir”.

Samir Dübəndinin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular