23:22 24 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR1.9961
  • RUB0.0234

Zəfər yolu nə vaxt hazır olacaq? - Hidayət Rüstəmov görülən işlərdən danışır

RADİO
Qısa URL
26 0 0

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Avtomobil Yollarının İstismarı və Təmiri Baş İdarəsinin rəis müavini Hidayət Rüstəmov deyir ki, rəşadətli Ordumuzun istifadə etdiyi Zəfər yolunun tikintisi davam etdirilir

Hidayət Rüstəmov: “Bu yol Şuşa şəhərinə çatır”

Azərbaycanın Mədəniyyət Mərkəzi elan edilmiş Şuşa şəhərini işğaldan azad edərkən rəşadətli Ordumuzun istifadə etdiyi Zəfər yolunun tikintisi davam etdirilir. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Avtomobil Yollarının İstismarı və Təmiri Baş İdarəsinin rəis müavini Hidayət Rüstəmov avqustun 6-da keçirilən 2021-ci ilin altı ayı ərzində yerinə yetirilmiş işlər və qarşıda duran vəzifələrə həsr olunmuş brifinqdə deyib.

O bildirib ki, bu yol M-6 Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun 149-cu kilometrindəki Əhmədbəyli kəndindən başlayır və Füzuli şəhəri, Böyük Tağlar kəndi, Topxana meşəsi, Daşaltı kəndindən keçərək Şuşa şəhərinə çatır. Yolun layihə uzunluğu 101,9 kilometrdir. Zəfər yolu 2 hərəkət zolaqlı olmaqla 2021-ci ilin sentyabr ayının sonunda istifadəyə verilməsi nəzərdə tutulur. Hazırda yol boyu qızğın iş gedir.

Hidayət Rüstəmovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular