12:26 18 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0014
  • RUB0.0234

Ekspert: “Benzinin bahalaşması hibrid avtomobillərə marağı artıracaq”

RADİO
Qısa URL
19 0 0

Nəqliyyat məsələri üzrə ekspert Eldəniz Cəfərov deyir ki, bu gün ölkəmizə idxal olunan ekoloji təmiz avtomobillərə hər hansı güzəşt edilmədiyinə görə, vətəndaşlar çətinlik çəkirlər

Eldəniz Cəfərov: “Yaxın illərdə ekoloji təmiz avtomobillərə tələb getdikcə artacaq”

Bir neçə gündür ki, Azərbaycanda xaricdən gətirilən "Aİ-95" ("Premium") və "Aİ-98" ("Super") markalı benzinlər 5 qəpik bahalaşıb. Əgər əvvəllər bu benzinlərin hər litrinin qiyməti müvafiq olaraq 1,4 manat və 1,55 manat idisə, hazırda onlar 1,45 manata və 1,6 manata satılır.

Nəqliyyat məsələri üzrə ekspert Eldəniz Cəfərov Sputnik Azərbaycan-a deyir ki, benzinin qiymtənin bahalaşması təqdirə layiq hal deyil: “Yanacaq, nəqliyyat vasitələri hər bir vətəndaş üçün əlçatan olmalıdır. Bu bahalaşma mühərriki kiçik və hibrid avtomobillərə marağı artıracaq. Bu gün ölkəmizə idxal olunan ekoloji təmiz avtomobillərə hər hansı güzəşt edilmədiyinə görə, vətəndaşlar çətinlik çəkirlər. Ona görə də ekoloji təmiz avtomobillərin köhnələrini alırlar. Düşünürəm yaxın aylarda və illərdə ekoloji təmiz avtomobillərə tələb getdikcə artacaq”.

Eldəniz Cəfərovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular