CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Narkotiklərə maraq yaratmaq üçün bu metoddan istifadə edilir - Leyla Yolçuyeva danışır

© Photo : TRENDNarkotiklərə Qarşı Milli Təbliğat Ofisinin sədr müavini Leyla Yolçuyeva
Narkotiklərə Qarşı Milli Təbliğat Ofisinin sədr müavini Leyla Yolçuyeva   - Sputnik Azərbaycan, 1920, 17.07.2021
Abunə olmaq
Narkotiklərə Qarşı Milli Təbliğat Ofisinin sədr müavini Leyla Yolçuyeva bildirir ki, bu narkotik vasitələr qaçaqmal yolu ilə İran İslam Respublikasından gizli yolla gətirilir
Leyla Yolçuyeva: “Qiymətinin ucuz olması bu narkotik vasitəni əlçatan edir”

““Patı” və “şüşə” adlandırılan narkotik vasitələr metamfetamindir. Bu narkotik vasitələr qaçaqmal yolu ilə İran İslam Respublikasından gizli yolla gətirilir”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında Narkotiklərə Qarşı Milli Təbliğat Ofisinin sədr müavini Leyla Yolçuyeva bildirib.

O, bildirir ki, “patı” satan dəstələrin ələ keçməsi təbii ki insanlar arasında təşviş yaradır: “Qiymətinin ucuz olması bu narkotik vasitəni əlçatan edir. “Patı”ya maraq yaratmaq üçün gənclərə stressi atmaqda kömək edən vasitə kimi təqdim olunur. Sintetik tərkibli narkotiklərin istifadəsinin daha təhlükəlidir. Bunlardan  uzun müddət istifadə sinir sisteminə çox mənfi təsiri olur. Belə narkotik vasitələrdən istifadə edən şəxslərdə əsəb-sinir sisteminin tamamən pozulması, ağzıdan suyun gəlməsi, hərəkətlərin idarəolunmaz səviyyəyə çatması bu vasitələrin insanda yaratdığı təsirlərdir. Təbii olaraq, iki müxtəlif insan da bu təsirlər fərqli şəkildə təzahür edə bilir”.

Leyla Yolçuyevanın fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

 

Xəbər lenti
0