12:49 05 Avqust 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0122
  • RUB0.0233

Millət vəkili: “Azərbaycan Ermənistan tərəfinin törətdiyi cinayətləri unutmayacaq”

RADİO
Qısa URL
22 0 0

Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu deyir ki, beynəlxalq təşikatlar, Cənubi Qafqaz regionunda geosiyasi və geoiqtisadi maraqları olan beynəlxalq subyektlər Ermənistana təzyiq etməlidirlər

Elşad Mirbəşiroğlu: “Azərbaycan sülhün təmin olunması naminə müəyyən addımlar atacaq”

“10 noyabr üçtərəfli birgə bəyanatı minalanmış ərazilərin xəritəsinin Azərbaycana verilməsini tələb edir”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu deyib.

Millət vəkili bildirib ki, regionda yaranmış yeni reallıq Ermənistan üçün bir şans kimi qiymətləndirilməlidir: “Bu baxımdan Ermənistan tərəfi maraqlı olmalıdır ki, minalanmış Azərbaycan ərazilərində təhlükəsizlik tədbirləri yüksək səviyyədə həyata keçirilsin. Keçmiş münaqişə dövründə Azərbaycanın haqlı mövqeyini dəstəkləyən dövlətlərlə biz yaxından əməkdaşlıq edəcəyik. İşğaldan azad edilmiş ərazilərimizdə aparılan quruculuq işlərində həmin ölkələrin şirkətlərinin iştirakını görmək arzusundayıq. Hesab edirəm ki, beynəlxalq təşikatlar, Cənubi Qafqaz regionunda geosiyasi və geoiqtisadi maraqları olan beynəlxalq subyektlər Ermənistana təzyiq etməlidirlər. Azərbaycan tərəfi beynəlxalq təzyiq gözləmədən  özü də təsirli addımlar atmağı bacarır. Bununla yanaşı Ermənistan tərəfi çirkin informasiya kampaniyası aparmaqdadır. Bu da onu göstərir ki, Ermənistan Azərbaycanın güc mövqeyinin təsiri altında davranışlar sərgiləyir. Azərbaycan Ermənistan tərəfinin törətdiyi cinayətləri unutmayacaq, amma ümumrifah və regional sülhün təmin olunması naminə müəyyən addımlar atacağıq”.

Elşad Mirbəşiroğlunun fikrilərinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular