22:01 30 İyul 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0193
  • RUB0.0232

Neft bazarında defisit yaranmasının hansı nəticələri ola bilər – iqtisadçı rəyi

RADİO
Qısa URL
20 0 0

İqtisadçı ekspert Fuad İbrahimov deyir ki, post-pandemiya dövründə istehsalat sahələrinin əvvəlki fəaliyyətlərini bərpa etməsi neftə tələbatı artırıb

“OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) hasilat mövcud səviyyədə qalacağı təqdirdə, bu il bazarda neft qıtlığının davam edəcəyini gözləyir. Bu barədə "Bloomberg" "OPEC+"in texniki komitəsinə istinadən xəbər verir.

İqtisadçı ekspert Fuad İbrahimov Sputnik Azərbaycan-a deyir ki, hər hansı qıtlığını yaranması qiymətlərin bahalaşmasına şərait yaratmış olur: “Vəziyyəti analiz edəndə görürük ki, son bir ildə “OPEC+” formatı hasilatı çərçivədə saxlamağa çalışır. Bunun nəticəsini neft qiymətlərinin müsbət dinamikasını müşahidə edərək görə bilərik. Eyni zamanda bazarda qiymətlərə təsir edən amillərdən biri də ötən həftə neft və benzin ehtiyyatları barədə verilən açıqlamalar oldu.Neft qimyətləri artıq dayanaqlı şəkildə 70 dollar üzərində formalaşıb. Post-pandemiya dövründə istehsalat sahələrinin əvvəlki fəaliyyətlərini bərpa etməsi neftə tələbatı artırıb. Bu da defisitin yaranmasına şərait yaradan amillərdən hesab edilir”.

Fuad İbrahimovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular