16:45 03 Avqust 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0195
  • RUB0.0233

Azərbaycan iqtisadiyyatında neft sektoruna alternativ nə ola bilər? – professor açıqlayır

RADİO
Qısa URL
33 0 0

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və maliyyə institutları kafedrasının professoru Elnur Sadıqov deyir ki, Azərbaycanın aqrar sənaye kompleksinin inkişafı regionda ərzaq probleminin həlli üçün də faydalı rol oynaya bilər

Elnur Sadıqov: “Kommunikasiya xətlərinin bərpası ilə biz bunların şahidi olacağıq”

Dünya Bankı Azərbaycan iqtisadiyyatının neft sektoruna alternativ ola biləcək istənilən sektorunun potensialını araşdırır. Bu barədə Dünya Bankının Bakı nümayəndəliyinin rəhbəri Sara Maykl bildirib.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və maliyyə institutları kafedrasının professoru Elnur Sadıqov Sputnik Azərbaycan-a deyir ki, Dünya Bankı post-pandemiya dövrü üçün əsasən bir neçə istiqaməti önə çəkir: “Eyni zamanda bu prioritetlərin əsaslandırmasını təqdim edir. Bunların içərisində kənd təsərrüfatının inkişaf etdirilməsi əsas istiqamətlərdən biri kimi qeyd olunur. Bu doğrudan da Azərbaycan üçün prioritet istiqamətlərdən birinə çevrilə bilər. Ölkəmiz aqrar ölkə kimi tanınır. Azərbaycanın aqrar sənaye kompleksinin inkişafı regionda ərzaq probleminin həlli üçün də faydalı rol oynaya bilər. Xüsusən də qonşu Rusiya və qardaş Türkiyəyə kənd təsərrüfatı məhsullarının ixracı burada önəmli yer alacaq. Müharibədən sonrakı dövrdə regionda kommunikasiya xətlərinin bərpası ilə biz bunların şahidi olacağıq”.

Elnur Sadıqovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular