04:11 06 Avqust 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0122
  • RUB0.0233

Professor: “İki iqtisadi mərkəz Azərbaycan vasitəsilə əlaqə qurmuş olacaq”

RADİO
Qısa URL
30 0 0

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov deyir ki, bu layihənin reallaşdırılması ilə Avrasiya məkanının şimal hissəsinin Asiyaya qədər uzanan nəqliyyat dəhlizinin formalaşmasına şərait yaradırıq

Elşad Məmmədov: “Bunun Azərbaycan üçün ən önəmli satış bazarı olacağı reallıqdır”

“Azərbaycan və İran iki ölkənin sərhədində yerləşən Astaraçayın üzərində yeni körpünün tikilməsi ilə bağlı protokol imzalayıb. Yeni körpünün tikilməsi ilə bağlı razılaşmanın icrası davam etdirilir. Bu körpü Şimal-Cənub nəqliyyat dəhlizində İranla Azərbaycanın yol inrafstruktununu birləşdirən ən mühüm nöqtədir”. Bunu İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi bildirib.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov Sputnik Azərbaycan-a deyir ki, Şimal-Cənub layihəsinin reallaşdırılması ilə bölgəmizdə işgüzar fəallığın stimullaşdırılması üçün şərait yaranacaq: “Bu gün faktiki olaraq Cənubi-şərqi Asiya regionu iqtisadi aktivlik cəhətdən dünyada hegemonluq təşkil edir. Bu baxımdan bu cür layihələrin inteqrasiyası önəm kəsb edir. Unutmayaq ki, bu layihənin reallaşdırılması ilə Avrasiya məkanının şimal hissəsinin Asiyaya qədər uzanan nəqliyyat dəhlizinin formalaşmasına şərait yaradırıq. Layihənin Azərbaycan üçün önəmindən danışarkən qeyd etməliyik ki, bununla iki iqtisadi mərkəz Azərbaycan vasitəsilə əlaqə qurmuş olacaq. Bir tərəfdən Rusiya bazarı. Hansı ki bu bazarın Azərbaycan üçün ən önəmli satış bazarı olacağı reallıqdır. Digər tərəfdən Hisdistanla əlaqələrin qurulması da ölkəmiz üçün də önəmlidir”.

Elşad Məmmədovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular