Ötən həftənin yekunlarına görə, ABŞ-ın kommersiya neftinin ehtiyatları 7 614 min barel azalaraq 459 060 min barel təşkil edib. Bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) dərc etdiyi hesabatda bildirilir.
İqtisadçı ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a deyir ki, ehtiyatların azalması neft qiymətlərinə kəskin təsir etdi: “Sonradan qiymətlərdə sabitlik yarandı. Neft qiymətlərinə təsir edən bir sıra vacib amillər var. OPEC+-un neft hasilatını artıracağı ilə bağlı xəbərlər yayıldı. Bu, da kəskin qiymət artımın qarşısını alan səbəbə çevrildi. Amma bununla yanaşı qeyd etməliyik ki, ABŞ-da ehtiyatlar azalsa da, hasilat artır. Bu özü də neft bazarında sabitliyin yaranmasına səbəb olur. Həftəlik hesabatlar neft bazarına təsir etsə də, bunu həlledici faktor hesab etmək olmaz”.
Natiq Cəfərlinin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz