09:30 28 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR1.9881
  • RUB0.0235

Deputat: “Bu, ötən il imzalanmış üçtərəfli Bəyanatın kobud şəkildə pozulmasıdır”

RADİO
Qısa URL
36 0 0

AŞPA-dakı nümayəndə heyətinin üzvü Kamal Cəfərov deyib ki, həmkarlarını bütün mina xəritələrini təhvil verməsi üçün Ermənistana təzyiq göstərməyə çağırır

Kamal Cəfərov: “Ermənistana təzyiq göstərməyə çağırıram”

“Qarabağ 30 il ərzində inkişafdan məhrum olub, bu bölgədə heç bir tərəqqi müşahidə edilməyib”. Sputnik Azərbaycan xəbər verir ki, bu fikirləri Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Kamal Cəfərov yay sessiyası çərçivəsində qurumun Büro və Daimi Komitəsinin hesabatı ilə bağlı müzakirələrdə söyləyib.

“Ermənistan üç min mədəniyyət və dini irs abidəsi daxil olmaqla, hər şeyi məhv edib, daş üstündə daş qalmayıb. Azərbaycan Qarabağın yenidən qurulmasına milyardlarla avro sərmayə yatırır. Ölkəmiz Qarabağı sıfırdan tikir. Yenidən qurulacaq ərazilər Lüksemburqdan dörd dəfə böyükdür. Əsas problemimiz minalarla bağlıdır. Müharibədən sonra ərazilərimizə daxil olmuş erməni təxribatçı qrupunun saxlanılan üzvlərindən 15 nəfərini təkcə Ağdamda yerləşdirilmiş 97 min mina xəritəsi ilə mübadilə etdik. Xatırlayırsınızsa, yaz sessiyasında Ermənistan nümayəndə heyəti bu cür xəritələrin mövcudluğuna etiraz edirdi. Müharibə qurtarandan bu günədək erməni minaları səbəbindən 144 azərbaycanlı həyatını itirib və ya yaralanıb. Bu, müharibə cinayətidir, bu, beynəlxalq humanitar hüququn və ötən il imzalanmış üçtərəfli Bəyanatın kobud şəkildə pozulmasıdır. Həmkarlarımı bütün mina xəritələrini təhvil verməsi üçün Ermənistana təzyiq göstərməyə çağırıram”, - deyə K.Cəfərov diqqətə çatdırıb.

Kamal Cəfərovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular