Gürcüstanın Batumi şəhərində yeni turizm mövsümünün açılışı olub.
DAİR Otellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndi Sputnik Azərbaycan-a deyir ki, Azərbaycanda turizm sənayesinin bərpa edilməsi üçün artıq bir çox işləri görüb: “Pandemiya dövründə turizm obyektlərinin fəaliyyətini tənzimləyən sənədləri rəhbər tutub turizm sənayesini asta-asta da bərpa etməliyik. Daxili turizmin bir qədər dirçəldiyini deyə bilərik. Getmə turizmi isə bir qədər məhduddur. Bunun da müəyyən səbəbləri var. Hava reyslərinin qiyməti bahalaşıb. Bu da müntəzəm reyslərin sayının azalması ilə bağlıdır. Bunları tənzimləmək lazımdır, əks halda Azərbaycan vətədaşının xaricə gedib-gəlməsi bir qədər sual altında qalır. Turizmlə bağlı proseslər bərpa olunsa, tezliklə ölkəmizdə turist görə bilərik”.
Samir Dübəndinin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz