Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

SOCAR rəsmisi benzin qiymətlərindəki artımın səbəblərini açıqlayır

© Photo : Из личного архива Ибрагима АхмедоваDövlət Neft Şirkətinin (SOCAR) ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov
Dövlət Neft Şirkətinin (SOCAR) ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov  - Sputnik Azərbaycan, 1920, 03.06.2021
Abunə olmaq
Dövlət Neft Şirkətinin (SOCAR) ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyir ki, bu benzin növləri idxal edilir və onların qiyməti idxal edən şirkətlərin müəyyən etdiyi qiymətlər əsasında təyin olunur
İbrahim Əhmədov: “Bu marka benzinlərin qiyməti Azərbaycanda aşağı düşə bilər”

“Yanacaq məhsullarındakı qiymət artımı dünya bazarında neft və neft məhsullarının qiymətindəki dəyişikliklərlə bağlıdır”. Bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov Sputnik Azərbaycan-a açıqlmasında deyib.

İbrahim Əhmədov bildirib ki, qiymətlərində artım olan benzin növləri Azərbaycanda istehsal olunmur: “Bu benzin növləri idxal edilir və onların qiyməti idxal edən şirkətlərin müəyyən etdiyi qiymətlər əsasında təyin olunur. Pandemiya dövründə neftin ucuzlaşması ilə bu marka benzinlərin qiyməti Azərbaycanda da aşağı düşmüşdü. Başqa ölkələrdə bu marka benzinin qiyməti aşağı düşərsə, Azərbaycanda da düşə bilər. Lakin onu da qeyd etməliyəm ki, bu benzin növləri Azərbaycanda o qədər də çox istifadə olunmur”.

Qeyd edək ki, Azərbaycanda Aİ-95 ("Premium") və Aİ-98 ("Super") markalı avtomobil benzini bahalaşıb. Belə ki, ölkəyə 2014-cü ilin aprelin 1-dən idxal olunan Aİ-95 benzininin qiyməti 1,25 manatdan 1,40 manata, Aİ-98 benzininin qiyməti isə 1,40 manatdan 1,55 manata yüksəlib.

İbrahim Əhmədovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0