Süni intellektin tətbiqi ticarət əməkdaşlığının inkişafında mühüm töhfə verəcək. Bunu nazir Mikayıl Cabbarov Dünya İqtisadi Forumunun Qlobal Texnologiya İdarəetməsi Sammitinin onlayn formatda keçirilən Milli Süni İntellekt Strategiyasının Yaradılması sessiyasında çıxış edərkən deyib.
Almaniyanın Zigen Universitetinin qonaq professoru Müslüm İbrahimov Sputnik Azərbaycan-a deyir ki, süni intellektin alətləri ticarət münasibətlərində aktiv olaraq istifadə edilir: “Əsasən biz onu qlobal əlavə dəyər zəncirlərində rast gəlirik. İlk növbədə gələcək tendensiyaların, istehsal və istehsal sistemlərində olan dəyişikliklərin və ümumiyyətlə bu dəyər zəncirinin daha effektiv idarə edilməsində müəyyənləşdirilmiş risklərin proqnozlaşdırılması süni inttekt vasitəsilə reallığa çevrilib. Qlobal əlavə dəyər zənciri mürəkkəb bir sistemdir və onun idarə edilməsi proqnozların aparılmasına ehtiyac var. Süni intellekt vasitəsilə əməkdaşlıqların kontentlərinin müəyyənləşdirilməsi mümkündür. Ölkələr süni intellekt vasitəsilə beynəlxalq ticarət sövdələşmələrini daha da yaxılaşdıra bilərlər. Süni intellekt ticarət münasibətlərinin daha da genişləndirilməsinə imkan yarada bilər”.
Müslüm İbrahimovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz