İranın şimal-qərbində yerləşən Ərdəbil vilayətində azad ticarət zonasının yaradılması Azərbaycan-İran arasında iqtisadiyyatın inkişafına töhfə verəcək. Bunu İranın Ərdəbil vilayətinin valisi Əkbər Behnamcu deyib.
İqtisadçı ekspert Rəşad Həsənov Sputnik Azərbaycan-a deyir ki, İran Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir: “Düzdür bizim İranla idxalımız ixracı üstələyir, amma ümid edirəm ki, azad ticarət zonasının yaradılması ilə Azərbaycan məhsullarının İran bazarına çıxarılması və təklif xərclərinin aşağı salınması qiymət rəqabətliliyini təmin edəcək. Bu da mərhələli şəkildə Azərbaycanın ixrac həcminin artmasını şərtləndirəcək. Yaradılması nəzərdə tutulan azad ticarət zonası iki region arasında ticarət əlaqələrinin genişlənməsini dəstəkləməklə yanaşı kiçik və orta sahbikarlıq subyektlərinin də fəaliyyəti üçün şərait formalaşdıra bilər”.
Rəşad Həsənovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz