20:38 19 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0223
  • EUR2.0328

Peyvənd vurdurmaq orucu pozurmu? – ilahiyyatçı danışır

RADİO
Qısa URL
308 0 0

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənli deyir ki, dini ayinlər kütləvi şəkildə icra edilməyəcəyinə görə, din xadimləri canlı yayım vasitəsilə məscidlərdə çxış edəcəklər

Hacı Şahin Həsənli: “Əllərin dezinfeksiya edilməsi orucun pozulmasına gətirib çıxarmır”

“Vaksinasiya orucla heç bir ziddiyət təşkil etmir”. Sputnik Azərbaycan xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənli  deyib.

O bildirib ki, nə maska taxmaq, nə də əllərin dezinfeksiya edilməsi orucun pozulmasına gətirib çıxarmır: “Əksinə, əllərin dezinfeksiyası və maskalardan istifadə etmək vacibdir. Ramazan ayında kütləvi iftar mərasimlərindən çəkinmək laızımdır. Müəyyən iaşə obyektlərində də qaydalar tətbiq edilib ki, məhdud sayda insanlar bir masa ətrafında otura bilərlər. Məscidlərdə dini ayinlər kütləvi şəkildə icra edilməyəcək. Ona görə də din xadimləri canlı yayım vasitəsilə məscidlərdə çxış edəcəklər.”

Qeyd edək ki, Ramazan ayının ilk günü aprelin 14-dür. Mayın 13-14-ü ölkədə Ramazan bayramıdır.

Hacı Şahin Həsənlinin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular