14:49 18 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0222
  • EUR2.0331

Düsen Kaseinov - "Nizami Gəncəvi İli" qarşıya böyük və məsuliyyətli vəzifələr qoyur

RADİO
Qısa URL
12 0 0

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) baş katibi Düsen Kaseinov deyir ki, tarixi şəxsiyyətlərə yüksək dəyər verməyi TÜRKSOY-un mənəvi borcu kimi dəyərləndirirlər

Düsen Kaseinov: “Nizami Gəncəvi hamımızın sevimlisi və iftixarıdır”

“Dünya şöhrətli azərbaycanlı şair Nizami Gəncəvi hamımızın sevimlisi və iftixarıdır. Nizami Gəncəvidən bəhs etmək şərəfli və qürurvericidir. Böyük şairin yaradıcılığı ibrətamiz və düşündürücü olduğu üçün hər zaman böyük oxucu kütləsi qazanıb, sevilib və rəğbət qazanıb. Nizaminin yaradıcılığı təkcə Azərbaycan üçün deyil, dünya bədii ədəbiyyatı üçün tükənməz xəzinədir”.

Sputnik Azərbaycan xəbər verir ki, bu fikirləri AZƏRTAC-a müsahibəsində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) baş katibi Düsen Kaseinov bildirib.

“Prezident İlham Əliyevin 2021-ci ilin Azərbaycan Respublikasında “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Sərəncam qarşıya böyük və məsuliyyətli vəzifələr qoyur. Türk dünyasının tarixi şəxsiyyətlərinə yüksək dəyər verməyi TÜRKSOY-un mənəvi borcu kimi dəyərləndiririk. Rəhbərlik etdiyim qurum cari ildə Nizami Gəncəvinin həyat və yaradıcılığı ilə bağlı çox mühüm layihələr həyata keçirəcək”, – deyə o bildirib.

Düsen Kaseinovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

Teqlər:
TÜRKSOY, Nizami Gəncəvi

Əsas mövzular